“Sabah”da yubiley və rekordlar

Premyer Liqanın 22-ci turu “Sabah” üçün yubiley və rekordlarla əlamətdar olub.

Komanda.az xəbər verir ki, “Zirə” ilə ev oyununda 3:1 hesabı ilə qalib gələn komanda ölkə çempionatının yüksək dəstəsində öz meydanında 50-ci qola imza atıb. Yubiley qolunu Lukas Rangel vurub. Paytaxt təmsilçisi daha iki topla bu rəqəmi 52-yə çatdırıb.

“Sabah”ın ikinci qolunun müəllifi Coy-Lens Mikels mövsümdə 9-cu qolunu vurub. O, klub tarixinə bir mövsümdə ən çox qol vuran futbolçu kimi düşüb. Mikels 2018/19 mövsümündə 8 dəfə fərqlənən Marko Deviçi arxada qoyub.

Coy-Lens həm də klub tarixinin Premyer Liqadakı ən məhsuldar futbolçusu adına şərik çıxıb. O, 9 qol vuran Deviçə çatıb. Serb əsilli ukraynalı 2018/19 mövsümündə 8, növbəti çempionatda 1 dəfə qola sevinib.

“Sabah” Premyer Liqada bir mövsümə topladığı xal sayında da yeni rekord vurub. Ötən mövsümdə 29 xal yığan bakılıların aktivində artıq 32 xal var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button