“Sabah” əsas mərhələnin ikinci oyununda da uduzdu

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda “Alba” (Almaniya) ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan oyun rəqibin 85:76 hesablı qələbəsi ilə yekunlaşıb.

B qrupunda yer alan Bakı klubu ilk görüşdə Çexiya təmsilçisi “Nimburk”a 93:65 hesabı ilə məğlub olub. Komanda növbəti matçını oktyabrın 29-da səfərdə Fransa təmsilçisi “Elan”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button