“Sabah” yeni transferini rəsmən açıqladı

“Sabah” klubunun gürcü futbolçu Mixeil Ergemlidzeni transfer etmək üzrə olduğunu xəbər vermişdik.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “Sabah” gürcü hücumçunun keçidini rəsmiləşdirib. Ergemlidze bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Mixeil Ergemlidze son olaraq Tbilisi “Dinamo”sunda çıxış edib. Bu klubun yetirməsi olan hücumçu ötən mövsümü icarə əsasında Türkiyənin “Adana Dəmirspor” klubunda top qovub. Ergemlidze Adana təmsilçisinin əsas komandası ilə matça çıxmayıb. Ergemlidze Gürcüstanın U-20 yığmasında bir oyuna çıxıb. Onun “transfermarkt”da dəyəri 125 min avrodur.