Mahir Emreli “Legiya” ilə Estoniyaya yollandı

Sabah UEFA Çempionlar Liqasının 2-ci mərhələsinin cavab oyunları çərçivəsində səfərdə Estoniyanın “Flora” komandası ilə qarşılaşacaq “Legiya”nın heyəti açıqlanıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Varşava təmsilçisinin baş məşqçi Çeslav Mixneviç Tallindəki oyun üçün heyətə azərbaycanlı hücumçu Mahir Emrelinin də adını daxil edib.

“Legiya” “Flora” ilə matç üçün Estoniyaya yola düşüb.

Sabah keçiriləcək “Flora” – “Legiya” matçı saat 20:00-da start götürəcək. Komandalar arasında Polşada baş tutan ilk görüşdə “Legiya” 2:1 hesablı qələbə qazanıb.

Mahir “Legiya”nın Polşa çempionatının 1-ci turu çərçivəsində “Visla”nı (Poltsk) məğlub etdiyi matçın (1:0) heyətinə daxil edilməmişdi.