
“Sabah” məğlubiyyətlə başladı
“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi ilk oyunda uduzub.
Komanda.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Çexiyada “Nimburk”a məğlub olub.
B qrupu çərçivəsində gerçəkləşən qarşılaşma rəqibin 93:65 hesablı qələbəsi ilə yekunlaşıb.
“Sabah” ikinci oyununu oktyabrın 15-də Bakıda “Alba”ya (Almaniya) qarşı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



