
“Sabah” legioneri ilə vidalaşdı
“Sabah” futbolçusu Con İrasabal ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib.
2022-ci ildən “bayquşlar”ın formasını geyinən Con İrasabal bu müddət ərzində 98 oyunda meydana çıxıb, 6 qola imza atıb. O, “Sabah”la birgə Azərbaycan kubokunu, Premyer Liqada isə gümüş və bürünc medalları qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



