Braziliya klubundan ayrılan futbolçu “Sabah” üçün Bakıya gəldi

“Sabah” klubu Braziliyadan baxışa futbolçu dəvət edib.

Klubdan Komanda.az-a verilən məlumata görə, Premyer Liqa təmsilçisi “Fluminense”nin yetirməsi olan Hiqor Qabrieli baxışa dəvət edib.

22 yaşlı müdafiəçi məşqçilər korpusunun etimadını qazanarsa, onunla müqavilə imzalanacaq.

Qabriel “Fluminense”nin U-20 komandasında çıxış edib. O, sentyabrın 22-dən azad agentdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button