“Sabah” Gürcüstanda ilk məşqinə çıxdı

“Sabah” yay təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Komanda.az xəbər verir ki, bu gün Bakıdan yay hazırlığının ikinci mərhələsinin baş tutacağı Gürcüstanın Tiflis şəhərinə yola düşən komanda, səhər saatlarında təyinat nöqtəsinə çatıb.

Ramin Quliyevin yetirmələri axşam saatlarında Tiflisdə ilk məşqinə çıxıb. “Zestafoni” təlim-məşq bazasında baş tutan məşqdə futbolçular müxtəlif fiziki təmrinləri yerinə yetiriblər.

Qeyd edək ki, “ağ-göylər” Gürcüstan toplanışında 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyulun 20-də “Şukura”, iyulun 23-də “Samqurali”, iyulun 28-də isə “Saburtalo” ilə qarşılaşacaq. “Sabah” iyulun 29-da vətənə qayıdacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button