“Sabah” bir futbolçu ilə yollarını ayırdı – Rəsmi

“Sabah” futbolçusu Şakir Seyidovla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.

Seyidov 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, komandanın heyətində ümumilikdə 59 oyun keçirib, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button