107 oyuna 30 qələbə

“Səbail” komandası Premyer Liqada 30-cu qələbəsini qazanıb.

Komanda.az xəbər verir ki, bu, 3-cü turun “Sumqayıt”la matçına təsadüf edib. Bakı klubu öz meydanındakı oyunda 1:0 hesabı ilə qalib gəlib.

“Səbail” 30-cu qələbəyə 107-ci matçda nail olub. Bu qələbələrdən 16-sı evdə, 14-ü səfərdə qeydə alınıb. 2017-ci ildən Premyer Liqada çıxış edən paytaxt təmsilçisinin hesabında 24 heç-heçə və 53 məğlubiyyət də var.

“Səbail” ilk qələbəsini 2017-ci il avqustun 18-də “Neftçi” ilə ev oyununda qazanıb – 1:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button