“Səbail” ev oyununu Azərbaycanlıların Soyqırımı Gününə həsr edəcək

“Səbail” Azərbaycan Premyer Liqasının 28-ci turunda “Turan Tovuz”a qarşı keçirəcəyi ev oyununu 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edəcək.

Komanda.az xəbər verir ki, klub bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Bakı təmsilçisi cari mövsümdə keçirdiyi ev oyunlarını ölkə tarixi, görkəmli şəxsiyyətləri, mədəniyyət və incəsənəti ilə bağlı əlamətdar günlərə, həmçinin beynəlxalq səviyyədə qeyd olunan müəyyən tədbirlərə həsr edir.

“Səbail” – “Turan Tovuz” qarşılaşması bu gün “ASCO Arena”da, saat 16:30-da start götürəcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button