“Səhvlərimiz ucbatından “Real”la rəqabət apara bilmədik” – Ter Ştegen

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen cari mövsümün necə keçdiyi haqda danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, alman qolkiper gələn mövsüm bütün titullar uğrunda mübarizə aparacaqlarını bildirib:  

“Çalışmalıyıq ki, minimum hədəfimizi yerinə yetirək – La Liqada ikinci olaq. Bir neçə gün sonra son matçımız olacaq və bu emosional mövsümü eniş-yoxuşlarla bitirmək imkanımız var. İspaniya çempionatında səhvlərimiz ucbatından “Real”la rəqabət apara bilmədik. Çempionlar Liqasında çox yaxşı görünürdük. Gələn mövsüm bütün titullar üçün mübarizə aparmağa çalışacağıq”.

Ter Ştegen bu mövsüm bütün yarışlarda 34 matçda iştirak edib və 36 qol buraxıb. Onun klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button