Sautqeytdən İtaliyaya məğlubiyyətə şərh

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt UEFA Millətlər Liqasında İtaliya ilə oyunla bağlı fikirlərini bölüşüb. 

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, səhvlərdən qaça bilmədiklərini deyib:

“Matçın müəyyən hissələrində çox yaxşı oynadıq. Amma həlledici məqamda səhvlərdən qaça bilmədik.

Aydındır ki, hər kəs nəticəyə əhəmiyyət verir. Amma düşünürəm ki, bu gün müsbət məqamlar çox oldu. Bugünkü çıxışımız düzgün istiqamətdə atılmış addım idi”.

Sautqeytin komandası beş turda cəmi iki xal toplayıb. Oyun İtalya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button