“Səbail”dən ilk yoxlama matçında heç-heçə

Mövsümün qalan hissəsinə hazırlığı davam etdirən “Səbail” bu gün qış toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv “Qarabağ”ın əvəzediciləri ilə üz-üzə gəlib.

Tərəflər 90 dəqiqə ərzində qapılara yol tapa bilməyiblər.

Yoxlama oyunu

14 yanvar

Səbail – Qarabağ-2 0:0