“Səbail”dən daha iki futbolçu ilə yeni müqavilə

“Səbail” daha iki futbolçusu ilə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Bunlar qapıçı Şahin Zəkiyev (22 yaş) və yarımmüdafiəçi Ədilxan Qarəhmədovdur (20 yaş). Hər iki futbolçu ilə 1 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.

Daha öncə digər qapıçısı Elxan Əhmədovla (28 yaş) da yeni müqavilə imzalandığı açıqlanmışdı.