“Səbail” toplanışa başladı – 4 yoxlama oyunu keçirəcək

“Səbail” 2021/22 mövsümünün qalan hissəsi üçün hazırlığa start verib.

Komanda.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv dünəndən “ASCO Arena”da hazırlıq keçir.

Komanda yanvarın 10-dan etibarən təlim-məşq toplanışını “Dalğa Arena”da davam etdiirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Dənizçilər” hazırlıq çərçivəsində dörd yoxlama oyunu keçirməyi planlaşdırır. Sözügedən kollektiv əvvəlcə ayın 14-də “Qarabağ”ın ikinci komandası ilə qarşılaşacaq. Yanvarın 18-də “Keşlə” ilə üz-üzə gələcək “Səbail”, ayın 24-də bu komanda ilə daha bir sınaq matçına çıxacaq. Ayın 21-də isə MOİK-lə oyun nəzərdə tutulub.