“Səbail” – “Qarabağ” matçının vaxtı bilindi

Azərbaycan Premyer Liqasında 3-cü turun oyun cədvəli məlum olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, 2 günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, 3-cü tur

31 avqust

Qəbələ – Keşlə
Qəbələ şəhər stadionu, 18:30

Zirə – Sabah
Zirə İdman Kompleksinin stadionu, 20:30

1 sentyabr

Neftçi – Sumqayıt
8-ci km stadionu, 19:00

Səbail – Qarabağ
“ASCO Arena”, 21:00