“Səbail”ə mən də qol vurmaq istəyirəm”

“Mənim üçün önəmlisi çıxış etdiyim mövqe yox, komandaya kömək etməkdir. Özümü burada yaxşı hiss edirəm”.

Komanda.az xəbər verir ki, bunu Rumıniyanın “Universitatya Krayova” klubunun futbolçusu Kamer Qaka iyulun 18-də “Səbail”ə qarşı keçirəcəkləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

24 yaşlı yarımmüdafiəçi hamı kimi qol vurmaq istədiyini bildirib: “Bütün futbolçular meydana bu istəklə çıxırlar”. (Sportnet)

Qeyd edək ki, sabah “İon Oblemenko” stadionunda keçiriləcək “Universitatya Krayova” – “Səbail” matçına Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.