Moskva klubu futbolçusunu Yaponiyaya göndərdi

Rusiyanın ÇSKA klubu futbolçusu Takuma Nisimuranı icarəyə verib.

Komanda.az xəbər verir ki, 23 yaşlı yaponiyalı futbolçu karyerasını ölkəsinin “Veqalta Senday” klubunda davam etdirəcək. Bu barədə Yaponiya klubunun rəsmi saytı məlumat yayıb. Nisimura 2021-ci ilin yanvarına qədər “Veqalta Senday”da çıxış edəcək. Martın 20-də Yaponiyaya yollanan hücumçu, 14 günlük karantinə alınıb.

Nisimura bu mövsüm Moskva ÇSKA-sıyla 10 oyunda iştirak edib və 2 qol vurub.