Rusiya çempionu öldürüldü – 8 güllə ilə

Boks üzrə Rusiya çempionu Aleksandr Kostromin öldürülüb.

Komanda.az xəbər verir ki, rusiyalı idmançının cəsədi evinin yaxınlığında tapılıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Belqorod şəhərində yaşayan Kostromin 8 güllə ilə vurularaq öldürülüb. Cinayəti törədən şəxs maşınla hadisə yerindən uzaqlaşıb.

2014-cü ildə Krım şəhərində keçirilən beynəlxalq çempionatda qızıl medalın sahibi olan Kostromin, 16 fevralda Litvanın paytaxtı Riqada keçiriləcək yarışa hazırlaşırdı.

29 yaşlı boksçunun sabah ad günü idi.