Rusiya Premyer Liqasında növbəti mövsümün başlayacağı vaxt açıqlandı

Rusiya Premyer Liqasında 2019/20 mövsümünün start götürəcəyi vaxt məlum olub.

Komanda.az Premyer Liqanın rəsmi saytına istinadən xəbər verir ki, növbəti mövsümün ilk oyunu iyulun 14-də keçiriləcək. Bununla da, Rusiya Premyer Liqasında yeni mövsümə start veriləcək. Çempionatın son turunun oyunları isə 17 may, 2020-ci ildə keçiriləcək.

Cari mövsümdə Premyer Liqada 21 turdan sonra “Zenit” 44 xalla birinci sıradadır. Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” isə 24 xalla 11-ci pillədədir. Samara təmsilçisinin ehtiyatda bir görüşü var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button