Şeydayev “fərqləndi”, komandası kubokla vidalaşdı

Rusiya kubokunda 2019/20 mövsümünün 1/16 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Dinamo” da ilk oyununu keçirib. Moskva təmsilçisi bu mərhələdə “Luç” klubu ilə qarşılaşıb. Görüş 1-ci divizion təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Bununla da, “Dinamo” turnirlə erkən vidalaşıb.

Şeydayev bu matçda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, qarşılaşmanın 83-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button