“Başını dik tut, Harri!”

İngiltərə millisi DÇ-2022-nin 1/4 finalında Fransa yığmasına məğlub olub (1:2).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin matçdan sonra “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi Harri Keyni dəstəkləyib. O, İngiltərə yığmasının çıxışı ilə fəxr etdiyini də bildirib:

“Çox məyus oldum. Lakin İngiltərə millisinin bu turnirdəki çıxışına görə fəxr etdim. Oyunçular da fəxr etməlidir”.

Runi, milli komandanın hücumçusu Harri Keyni lider oyunçu kimi gördüyünü bildirib:

“Keyni rekordu qırdığına görə təbrik edirəm. Tezliklə o, bombardirlər siyahısına şəriksiz başçılıq edəcək. Mən yığma komanda üçün ondan daha yaxşı lider düşünə bilmirəm. Başını dik tut, Harri!”

Keyn Fransa ilə matçda İngiltərə yığmasının heyətində 53-cü qolunu vuraraq, Runiyə çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button