
Runi: “Qvardiola getsə, “Mançester Siti”də problemlər ola bilər”
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi Premyer Liqa ilə bağlı maraqlı proqnoz verib.
O, hesab edir ki, Pep Qvardiolanın “Mançester Siti”nin baş məşqçi postundan mümkün ayrılığı çempionluq yarışını daha qeyri-müəyyən edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Runi, “Mançester Siti”nin əvvəlki qədər uğurlu olacağına inanmadığını bildirib:
“Onların əvvəlki qədər uğurlu olacağına inanmıram. “Mançester Siti”də problemlər ola bilər. Aleks Ferqyuson (“Mançester Yunayted”) və Arsen Venger (“Arsenal”) dövründən sonra dəyişikliklərin necə çətin olduğunu görmüşük”.
O əlavə edib ki, baş məşqçi dəyişiklikləri bir çox top-klublara təsir edə bilər:
“Çox güman ki, “Çelsi”, “Mançester Siti”, bəlkə də, “Mançester Yunayted” və “Liverpul”da dəyişikliklər olacaq. Bu da liqanı daha açıq və maraqlı edəcək”.
Runi hesab edir ki, növbəti mövsüm Premyer Liqada çempionluq mübarizəsi daha gərgin və proqnozlaşdırılmaz olacaq.
Bizi Facebook-da izləyin



