Tarixin ən pis dünya çempionatı – Runiyə görə

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi futbol tarixində ən pis hesab etdiyi dünya çempionatını açıqlayıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bu, 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatından daha pis olmayacaq. Həmin dünya çempionatında böyük bir turnir atmosferi yox idi. Çox darıxdırıcı idi və azarkeş az idi”.

2010-cu il dünya çempionatının finalında İspaniya və Niderland yığmaları qarşılaşıb. İspanlar 1:0 hesabıyla qələbə qazanıb.

Növbəti dünya çempionatı bu ilin yayında ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button