
Runi: “Fernandes əla kapitandır”
“Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi, komandanın hazırkı kapitanı Bruno Fernandes haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı yarımmüdafiəçinin həm meydanda, həm də komanda daxilində liderlik keyfiyyətlərini yüksək qiymətləndirib:
“Bilirəm ki, Fernandes məşq meydançasında kapitanın etməli olduğu işi görür. O, başqalarına kömək etməyə çalışır, onları ruhlandırır. Kim nə deyirsə desin, hamımız onun liderlik keyfiyyətlərini görürük. Fernandes əla kapitandır. Ümid edirəm ki, heyətin düzgün şəkildə gücləndirilməsi ilə o, bizi Premyer Liqada qələbəyə apara bilər”.
31 yaşlı futbolçu son mövsümdə Premyer Liqanın ən yaxşı oyunçusu seçilib. Bundan əlavə, o, liqa tarixində bir mövsüm ərzində ən çox məhsuldar ötürmə edən futbolçu rekordunu yeniləyib. Fernandes mövsümü 21 məhsuldar ötürmə ilə bitirib. “Qırmızı şeytanlar” isə son mövsümdə Premyer Liqanı 3-cü pillədə başa vurub.
Bizi Facebook-da izləyin



