Rüfət Dadaşov oynadı, komandası qələbə qazandı

Azərbaycan milli komandasının üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Feniks Rizinq” klubu “Visit Tucson Sun Cup” turnirində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Real Salt Lake” ilə üz-üzə gələn klub qələbə qazanıb – 3:2.

Rüfət oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Bu nəticədən sonra xallarını 6-ya çatdıran “Feniks Rizinq” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button