“Çelsi” Qarnaçoya görə tənqid olundu

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “Çelsi”nin Alexandro Qarnaçonu niyə aldığını başa düşmür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Düzünü desək, Qarnaçonun Mateus Kunyadan (“Mançester Yunayted”in yeni transferi) üstün olmasının tək bir yolu varmı? “Mançester Yunayted” Qarnaçonu satdı və dərhal daha yaxşı oyunçu ilə əvəz etdi. Mən “Çelsi” azarkeşi olsaydım, ciddi suallarım olardı. Siz iddialarınızı bəyan edirsiz, amma orta səviyyəli oyunçularla kifayətlənərkən rəqibinizin daha güclü olmasına icazə verirsiz? Bu, dəlilikdir”.

Argentinalı cinah oyunçusu avqustun sonunda 45 milyon avroya “Mançester Yunayted”dən “Çelsi”yə keçib. Futbolçu Enzo Mareskanın komandasında 19 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button