
Roy Kin keçmiş klubuna Levandovskini məsləhət görür
“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin, polşalı hücumçu Robert Levandovskinin “Barselona”dan ayrılması ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Aydındır ki, onun “Barselona”dan ayrılmaq qərarı futboldan daha çox, klubun maliyyə vəziyyəti ilə bağlıdır. O, hələ də dünyanın ən yaxşı “doqquz nömrə”lərindən biridir və UEFA Çempionlar Liqası üçün “Mançester Yunayted”in heyətini gücləndirə bilər. “Barselona” müflisdir və ona maaş ödəyə bilmir”.
Levandovskinin cari mövsümün sonunda “Barselona”dan ayrılacağı dəqiqdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



