“Ronaldonu “Barselona”ya da təklif etmişdilər” – “Real”ın sabiq prezidenti

İspaniyanın “Real” klubunun sabiq prezidenti Ramon Kalderon “Yuventus”un futbolçusu Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kalderon, 2009-cu ildə “Mançester Yunayted”dən transfer edilən Ronaldonun keçidi ilə bağlı danışıb:

“Ronaldo üçün “Mançester Yunayted”lə apardığımız danışıqlar çox çətin keçirdi, çünki klub futbolçusunu itirmək istəmirdi. Ronaldo isə “Real”a gəlmək istəyirdi. “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson Ronaldonun “Real”a keçməsini istəmirdi, çünki o, “Real”ı sevmirdi. Buna görə, hətta Ronaldonu “Barselona”ya da təklif etmişdilər. Düzü, “Barselona” bu fürsətdən istifadə etmək istəyirdi, amma Ronaldo harda oynamaq istədiyini bildirmişdi.

Həmin vaxt Ronaldo ilə razılıq əldə etmişdik. Müqaviləyə tərəflərdən birinin şərtləri pozacağı halda, 30 milyon avro ödəməsi ilə bağlı maddə əlavə etdik”.

Ronaldo 2009-2018-ci illərdə “Real”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button