Ronaldo ”Mançester Yunayted”də qalacaq

Kriştiano Ronaldo “Mançester Yunayted”də qala bilər.

Komanda.az xəbər verir ki, bu haqda məlumatı İngiltərə klubunun baş məşqçisi Ralf Ranqnik açıqlayıb.

Almaniyalı mütəxəssis bildirib ki, Ronaldo Mançesterdə karyerasına davam edəcək:

“O, niyə komanda ilə vidalaşmalıdır ki? Onun hələ bir illik müqaviləsi var. Bildiyim qədəriylə növbəti mövsümdə də “Mançester Yunayted”də olacaq”.

Ötən yay Premyer Liqa klubuna qayıdan portuqaliyalı hücumçu 38 oyunda 24 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button