Ronaldinyoda koronavirus aşkarlandı

Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Ronaldinyo koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Koronavirus testinin müsbət çıxdığını diqqətə çatdıran veteran futbolçu, xəstəliyin simptomlarını hiss etmədiyini yazıb:

“Tədbirə qatılmışdım. Həmin tədbirdən sonra testdən keçərkən nəticə müsbət oldu. Hazırda yaxşıyam”.