“Roma” yeni transferini elan etməyə hazırlaşır

“Roma” Norveçin “Bude Qlimt” klubunun futbolçusu Ola Solbakkeni transfer etməyə yaxındır.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı norveçli tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün yaxın saatlarda Roma şəhərinə gedəcək.

Bu ilin dekabrında “Bude Qlimt”lə müqaviləsi sona çatacaq futbolçu azad agent kimi İtaliya klubuna keçəcək.

Solbakken ötən mövsüm UEFA Konfrans Liqasının qrup mərhələsinin iki matçında “Roma”nın qapısına 3 qol vurub.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla 23 oyuna çıxıb, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button