
Fransa millisi irəliləyir, “Roma”nın futbolçusunun qiyməti qalxır
“Roma”nın yarımmüdafiəçisi Manu Kone 50 milyon avroya komandadan ayrılmayacaq.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” yarımmüdafiə xəttini gücləndirmək üçün 25 yaşlı futbolçunu əsas transfer hədəflərindən biri hesab edir. Ancaq “Roma” rəhbərliyi komandanın əsas oyunçularından sayılan Koneni satmaq niyyətində deyil. Paytaxt təmsilçisi yalnız 55 milyon avrodan yuxarı təklifləri müzakirə etməyə hazırdır.
Fransalı yarımmüdafiəçinin transfer bazarındakı dəyəri DÇ-2026-dakı uğurlu çıxışından sonra daha da artıb. O, mundialda Fransa millisinin əsas fiqurlarından birinə çevrilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



