Şotlandiyalı futbolçu “Tottenhem”lə razılığa gəlib

Müdafiəçi Endryu Robertson bu yay “Liverpul”dan azad agent kimi ayrılacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, şotlandiyalı futbolçu “Tottenhem”lə 2028-ci ilin yayına qədər olan müqavilə üçün prinsipial razılığa gəlib. Komanda İngiltərə Premyer Liqasında qalsa, oyunçu bu yay “Tottenhəm”ə keçməyə hazırdır.

Robertson 2017-ci ildə 9 milyon avroya “Hall Siti”dən “Liverpul”a keçib. Müdafiəçi bu mövsüm “qırmızılar”ın heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button