Riçarlisonun yeni klubu tezliklə açıqlanacaq

“Everton”un hücumçusu Riçarlison tezliklə “Tottenhem”ə keçəcək.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Mənbənin məlumatına görə, bu gün 25 yaşlı braziliyalı London klubuna keçmək üçün tibbi müayinədən keçəcək.

“Tottenhem” Riçarlison üçün təxminən 50 milyon funt sterlinq ödəyəcək.

Riçarlison 2021/22 mövsümündə “Everton”la 33 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button