PSJ “Mançester Yunayted”in hücumçusunu istəyir

PSJ “Mançester Yunayted”in hücumçusu Markus Reşfordla maraqlanır.

Komanda.az “The Sunday Times”-a istinadən xəbər verir ki, parislilərin idman direktoru Luis Kampos 26 yaşlı futbolçunun transferində maraqlıdır.

Fransa klubu ingilis forvardın hücumçu Kilian Mbappeni əvəz etməyə qadir olduğunu düşünür.

Reşford “Mançester Yunayted”in yetirməsidir. O, 2023/24 mövsümündə İngiltərə klubunun heyətində 29 matçda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button