“Real”da Hazardın qayıdış vaxtı bilindi

“Real”ın zədəli futbolçusu Eden Hazard La Liqada debüt etməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, belçikalı futbolçu artıq məşqlərə başlayıb. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Xəbərdə, Hazardın La Liqanın 4-cü turunda “Levante” ilə keçiriləcək oyunda iştirak edəcəyi bildirilib.

“Real” Hazardı bu yay “Çelsi”dən transfer edib. Avqustun 16-da məşqdə zədələnən 28 yaşlı oyunçu La Liqanın ilk 3 turunu buraxmalı olub.

“Real” – “Levante” matçı sentyabrın 14-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button