Alaba nömrə seçimini etdi

“Real”ın yeni transferi David Alabanın forma nömrəsi məlum olub.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, avstriyalı müdafiəçi Madrid komandasında 4 nömrəli formada çıxış edəcək.

Alaba “Real”la müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalayıb.

“Real”da daha əvvəl 4 nömrəli formanı bir müddət əvvəl klubu tərk edən Serxio Ramos geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button