“Real”ın qapıçısı “Bayern”ə keçməyə yaxındır

“Real”ın qolkiperi Andrey Lunin karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, “Bayern” ukraynalı qapıçını heyətinə qatmaq üçün hərəkətə keçib.

Almaniya nəhəngi Luninə Manuel Noyerin əvəzləyicisi kimi baxır. Bu mövsüm “Real”da 11 oyunda meydana çıxıb 7 qol buraxan Lunin özü də komandadan ayrılmaq niyyətindədir. Yaxın günlərdə keçidin baş tutacağı gözlənilir.

Onun “Real”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button