“Real”ın prezidenti “Barselona” ilə matçdan əvvəl hakimləri ziyarət edib

La Liqanın 31-ci turunun “Barselona” ilə oyunundan (3:2) əvvəl “Real”ın prezidenti Florentino Peres aşağı enərək futbolçuları və hakimlər briqadasını salamlayıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Madrid klubunun arbitraj müşaviri Megia Davila və Kral İspaniya Futbol Federasiyasının üzvü Peres Lasa da “kral klubu”nun prezidenti ilə birlikdə olub. “Barselona”nın futbolçuları Peresi gördüklərində təəccübləniblər.

“Barselona”nın prezidenti Xuan Laporta Lamin Yamalın mümkün qol anında hakimin səhvi təsdiqlənərsə, “Real”la matçın (2:3) təkrar keçirilməsini tələb edəcəyini bildirmişdi.

“Real” 81 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir, “Barselona” 70 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button