
“Real”ın hücumçusu dizindən əziyyət çəkir
“Real”ın hücumçusu Qonsalo Qarsiya artıq bir aydır ki, diz nahiyəsində narahatlıq hiss edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu konservativ müalicədən (cərrahi müdaxilə olmadan aparılan müalicə üsulu) sonra özünü daha yaxşı hiss etsə də, aldığı mikrozədə hələ də onun meydanda bəzi hərəkətləri tam yerinə yetirməsinə mane olur.
Qarsiya son bir ay ərzində beş oyunda iştirak edib, ancaq məhsuldar göstəricilərlə yadda qalmayıb. O, bu müddətdə yalnız iki dəfə start heyətində meydana çıxıb.
İspaniyalı forvard ümumilikdə cari mövsümdə La Liqa çərçivəsində keçirdiyi 23 oyunda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



