Serxio Ramos üçün daha bir namizəd

“Real”la müqaviləsi cari mövsümün sonunda bitəcək müdafiəçi Serxio Ramos daha bir klubun maraq dairəsindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted” ispan futbolçunu heyətinə qatmaq istəyir. Məlumata görə, “qırmızı şeytanlar” Ramosu komandanın yeni lideri olaraq görür. Klubun futbolçuyla ilkin danışıqlara başladığı da deyilir.

Ramosun “Real”la müqaviləsi cari mövsümün sonunda başa çatır. İspan futbolçu klubla yeni müqavilə ilə bağlı razılığa gəlməyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button