“Başqa seçimimiz yoxdur” – Kroos

“Real”ın futbolçusu Toni Kroos Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Şaxtyor”a (Ukrayna) qarşı keçirdikləri səfər oyunundan sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman yarımmüdafiəçi, 0:2 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Qələbə qazananda daha yaxşı hiss edirsən. Bu, normaldır. Yenidən qələbələr qazanıb, özümüzə olan inamı artırmalıyıq. Son oyunda qələbə qazanmalıyıq. Başqa seçimimiz yoxdur. Əlimizdən gələni edib, qrupdan çıxmalıyıq”.

“Real” Çempionlar Liqasının B qrupunda 7 xalla 3-cü sıradadır. “Borussiya” (Münhenqladbax) 8 xalla lider, “Şaxtyor” 7 xalla 2-ci, “İnter” isə 5 xalla sonuncudur. Qrup mərhələsinin son turunda “Real” “Borussiya” ilə üz-üzə gələcək.