“Mən ona “ata” deyirəm” – “Real”ın futbolçusu

“Real”ın futbolçusu Rodriqo açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı hücumçu, komanda yoldaşı Luka Modriçlə münasibətindən danışıb:

“Bir gün Modriç mənə yaxınlaşdı və “Sən mənə hörmət edirsən. Bəlkə də, atanla eyni yaşlardayam” dedi. O vaxtdan sonra məni “oğul” deyə çağırır. Mən də ona “ata” deyirəm.

Modriçlə oynamaqdan zövq alıram. O, oynadığım ən yaxşı futbolçudur. Bu cür əlaqələrimizin olması çox gözəldir”.

Rodriqo bu mövsüm “Real”la 26 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button