AÇ-2020-dən sonra “Real”dan ayrılacağını açıqlayacaq

“Real”ın futbolçusu Rafael Varan klubu tərk edəcək.

Komanda.az xəbər verir ki, fransalı müdafiəçi AÇ-2020-dən sonra Madrid klubundan ayrılacağını açıqlayacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Real”ın yeni müqavilə təklifini qəbul etməyən Varan klubdan ayrılmağa hazırlaşır. Müdafiəçi ilə İngiltərənin “Mançester Yunayted” və Fransanın PSJ klubu yaxından maraqlanır.

Varanın “Real”la sözləşməsi 2022-ci ilin yayına qədərdir. 28 yaşlı müdafiəçi Fransa milli komandası ilə AÇ-2020-də iştirak edir.