“Real”ın xüsusi plana ehtiyacı yoxdur

“Real”ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti” ilə qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın saytına danışan fransız hücumçu, planlarının qalib gəlmək olduğunu deyib:

“Mançester Siti” yaxşı komandadır və əla məşqçisi var. Topa hakim olur, çox ötürmə edirlər. Bərabər oyun olacağını düşünürəm. Xüsusi planımız yoxdur. Planımız hər dəfə qalib gəlməkdir. Rəqibi izləyirik, ancaq öz oyunumuza diqqət edəcəyik.

“Real”da xoşbəxtəm və burda olmaqdan qürur duyuram. Çətin günlərim olub, ancaq bunlar karyeramın bir parçası idi. Hər zaman karyerada yüksəlişlər də olur, tənqidçilər də. Tənqid edilən insandan daha çox şey gözlənilir. Komandaya daha çox fayda vermək üçün çalışıram. Tənqid futbolun bir parçasıdır və məni motivasiya edən şeylərdən biridir”.

“Real” – “Mançester Siti” matçına fevralın 26-da, saat 00:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button