“Real” İskonu satacaq, onu alacaq

“Real”ın futbolçusu İsko qış transfer pəncərəsi dövründə Madriddən ayrıla bilər.

Komanda.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçiylə “Çelsi” klubu yaxından maraqlanır. Bu barədə “The Mirror” nəşri məlumat yayıb. Xəbərdə, “Çelsi”nin ispan yarımmüdafiəçi üçün “Real”a 44 milyon funt-sterlinq təklif etməyə hazırlaşdığı bildirilir. İsko da İngiltərəyə getməyə müsbət yanaşır.

“Real” İskonu satıb, onun əvəzinə “Tottenhem”dən Kristian Erikseni Madridə gətirməyi planlaşdırır.

Bu mövsüm La Liqada 13 oyuna çıxan İsko, qol vura bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button