“Vacib olan qrupu birinci tamamlamaq idi” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində “Borussiya”ya (Münhenlqadbax) qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Qarşımıza məqsəd qoymuşduq ki, qrupu ilk sırada tamamlayaq və bunu bacardıq. Komanda ilk dəqiqədən son dəqiqəyə qədər yaxşı oynadı. Vacib olan qrupu birinci tamamlamaq idi.

Əla oyun keçirməyimizə görə xoşbəxtəm. Futbolçular meydanda yaxşı oyun sərgilədilər. Onların adına da çox sevinirəm. Çünki meydandan kənarda futbolçularım haqda çox danışılır, onlar tənqid olunurlar. Bu gün həm ilk, həm də ikinci hissədə çox yaxşı oynadıq. Hər kəs bizdən hər zaman yaxşı oynamağımızı gözləyir. Bunun üçün çox çalışırıq, ancaq həmişə möhtəşəm oynamaq olmur. Komandada yüksəlişlər də olur, eniş də”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button