Zidan: “La Liqanı qazanmaq istəyirik və bunun üçün döyüşəcəyik”

“Real”ın baş məşqçisi Zinəddin Zidan La Liqanın 34-cü turu çərçivəsində “Osasuna”ya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan Zidan, La Liqanı qazanmaq istədiklərini deyib:

“Vacib olan mümkün qədər çox xal qazanmaqdır. La Liqada çempionluq üçün dörd komanda mübarizə aparır və bu yarış sona qədər davam edəcək. Hər xırda detallar önəmlidir. Çempion olmaq üçün mübarizə aparacağıq.

La Liqa çox çətindir. Rəqiblərimizin xal itirməsini gözləməyi sevmirəm. La Liqanı qazanmaq istəyirik və bunun üçün döyüşəcəyik. Hazırda bütün diqqətimiz “Osasuna” ilə matçdadır”.

Bu gün keçiriləcək “Real” – “Osasuna” matçı saat 23:00-da start götürəcək. “Real” La Liqada 71 xalla 2-ci sıradadır. “Kral klubu” lider “Atletiko”dan 2 xal geri qalır.